...

“Apple” şirkəti Rusiyadakı rəsmi internet mağazasında məhsullarının satışını dayandırıb

Cəmiyyət Materials 2 Mart 2022 01:09 (UTC +04:00)

Bakı. Trend:

"Apple" şirkəti Rusiyadakı rəsmi internet mağazasında məhsul almaq imkanını bloklayıb.

Trend TASS-a istinadən xəbər verir ki, bütün məhsulların "çatdırılma" bölməsində "hazırda mövcud deyil" yazısı qeyd olunur.

Hazırda rəsmi internet saytında iPhone, iPad, MacBook, Apple Watch, AirPods və smart ev məhsullarını sifariş etmək mümkün deyil.

Fevralın 24-də ABŞ Ukraynada xüsusi hərbi əməliyyatın başlaması ilə əlaqədar Rusiya üçün Amerika texnologiyasından istifadə etməklə mikroelektronika, o cümlədən avionika və təyyarə hissələrinin ixracı üçün icazələrin alınması qaydalarını sərtləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti