Bakı. Trend:
Pedaqoji Universitetdə əməkhaqları artırılıb.
Bu haqda Universitetin mart ayının 2-də keçirilən Elmi Şurasında qərar qəbul edilib.
İclasda rektorun müşaviri Ümid Mehdiyev Maliyyə komissiyasının hesabat və təkliflərini diqqətə çatıdırıb.
Təkliflərə əsasən Elmi Şura ADPU-da əməkdaşların əməkhaqqının artırılması haqqında qərar qəbul edib.
Qərara əsasən, həmçinin Pedaqoji Universitetdə saathesabı dərs deyən personalın əməkhaqqı da orta hesabla 37,5 % artırılıb.