Bakı. Trend:
Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Xəzər rayonunda şəhid ailələri mütəmadi olaraq ziyarət edilir, onların qayğıları ilə maraqlanılır, şəhid ailələrinə daim diqqət və qayğı ilə yanaşılır və mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
“8 Mart-Beynəlxalq Qadınlar Günü” münasibətilə Xəzər rayonunda
şəhid ailələri ziyarət olunub.
Xəzər Rayon İcra Hakimiyyəti və “Gazelli Group” şirkətinin birgə
təşkilatçılığı ilə Xəzər rayon könüllü gəncləri tərəfindən
ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına
şəhid olmuş döyüşçülərin ailələri ziyarət edilib, “8
Mart-Beynəlxalq Qadınlar Günü” münasibətilə bayram hədiyyələri
təqdim olunub.
Keçirilən görüşlərdə Dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu qeyd edilib, şəhid ailələrinin qayğı və istəkləri ilə maraqlanılıb.