...

Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları şəhid ailəsini ziyarət edib

Cəmiyyət Materials 15 Mart 2022 19:07 (UTC +04:00)
Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları şəhid ailəsini ziyarət edib

Bakı. Trend:

Azərbaycan Respubliksının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları şəhid Xuduş Kazımovun ailəsini Novruz Bayramı ərəfəsində ziyarət ediblər. Görüş zamanı ailə üzvlərinə Ombudsmanın təbrikləri çatdırılıb. Şəhidin həyat yoldaşı Əfsanə Kazımova ailənin qayğılarını Müvəkkil tərəfindən daim diqqətdə saxlanıldığını bildirib.

Xatırladaq ki, Vətən müharibəsində şəhid olmuş Xuduş Kazımovun həyat yoldaşı Ombudsmana qeydiyyat problemlərinin olması, şəhidin Gəncə şəhərində qeydiyyatda olan övladlarının orada məktəbəqədər təhsil alması, habelə gələcəkdə səhiyyə xidmətləri ilə bağlı çətinliklər yaranmaması baxımından ailənin mövcud vəziyyəti nəzərə alınmaqla Gəncədə mənzillə təmin olunmasında köməklik göstərilməsi xahişi ilə müraciət etmişdir.

Ombudsman tərəfindən nəzarətə götürülən həmin məsələ öz həllini tapmış və şəhidin ailəsi dövlət tərəfindən Gəncə şəhərində ikiotaqlı mənzillə təmin edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti