...

Yaz semestri üzrə təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlanıb

Cəmiyyət Materials 16 Mart 2022 13:22 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün Təhsil Tələbə Krediti almaq üçün 42 nəfər müraciət edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, 16 fevral tarixindən etibarən 2021-2022-ci tədris ilinin yaz semestri üzrə elektron müraciətlərin qəbuluna başlanılıb:

"Yaz sessiyasında Təhsil Tələbə Krediti almaq üçün ümumi 2141 nəfər müraciət edib. Tələbələrin müraciətləri müxtəlif mərhələlər üzrə emal edilməkdə və yeni müraciətlərin qəbulu davam etməkdədir", - nazirlikdən qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti