...

Baharın gəlişini Novruz bayramı ilə qarşılayın (VİDEO)

Cəmiyyət Materials 18 Mart 2022 14:24 (UTC +04:00)
Baharın gəlişini Novruz bayramı ilə qarşılayın (VİDEO)

Bakı. Trend:

Baharın ilk addımlarını Novruz tədbirləri ilə qarşılamağa hazırsınız? Elə isə hər birinizi möhtəşəm Novruz şənliklərinə dəvət edirik! Gənclik Mall, 28 Mall, Port Baku Mall, Dəniz Mall, Gəncə Mall və Şüvəlan Park 20-24 mart tarixlərində əsl əyləncə və bayram abu-havası ilə öz qonaqlarına yaddaqalan saatlar yaşadacaq!

Bayram ərəfəsində DJ performansı, şəkərbura, gül çələngləri, yumurta bəzəmə üzrə masterklaslar, milli geyimlərdə animatorlar, rollerlər, canlı musiqi performansı və fərqli, qazandıran müsabiqələrlə Gənclik Mall öz qonaqlarını əyləndirəcək.

28 Mall ilə canlı musiqi və DJ performansı, alov şou, animatorlar, Novruz falları, əyləncəli masterklasslar, uşaqların gününə daha da rəng qatacaq Face Art və hədiyyəli viktorinalarla bayramı qeyd edə, həm də Dəniz Mall-da milli geyimlərlə dalğıcların maraqlı şousunu izləyə biləcəksiniz. Bu hələ son deyil! Dəniz Mall-a gələrək siz həm də öz karikaturalarınızı çəkdirmək, masterklasslarla öyrənmək, canlı musiqi və DJ performansları ilə xoş anlar yaşama fürsəti əldə edəcəksiniz.

Şəhər mərkəzindən uzaqda olan sakinlər üçün Şüvəlan Park kiçik şənliklərlə Novruz abu-havası yaradacaq, Gəncə və ətraf bölgələrin sakiləri isə əsl Novruz əyləncəsi üçün “Gəncə Mall”-a dəvətlidir. Burada qonaqları bir-birindən maraqlı rəqs, musiqi və masterklaslar gözləyir.

Ölkənin yeganə lüks ticarət mərkəzi olan Port Baku Mall isə bayram ilə əlaqədar xüsusi hazırlıq görür. Yerli və xarici brendlərə məxsus məhsullar əsl Novruz və bahar konseptində bəzənmiş yarmarkada ziyarətçilərə təqdim olunacaq. Milli musiqi və Jazz kompozisiyasından zövq almaq, əsl Novruz ahəngini hiss etmək üçün Port Baku Mall yolunuzu gözləyəcək.

Novruz şənlikləri 20-24 mart tarixlərində, saat 15:00 – 18:00 arasında baş tutacaq. Port Baku Mall-da təşkil olunacaq yarmarkanı isə 5 gün ərzində 10:00-dan 22:00-a qədər ziyarət etmək imkanınız olacaq.

Ailəniz və yaxınlarınızla birlikdə möhtəşəm bayram günləri keçirməyinizi arzulayır və hər birinizin Novruz Bayramını təbrik edirik!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti