...

Azərbaycanda 116 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

Cəmiyyət Materials 19 Mart 2022 18:37 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 116 yeni yoluxma faktı qeydə alınıb, 235 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 404 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 771 nəfər müalicə olunaraq sağalıb, 9 651 nəfər vəfat edib, aktiv xəstə sayı 982 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqəda 5 144, ötən müddət ərzində isə ümumilikdə 6 662 084 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti