...

Bu gün Qız Qalasının işıqları söndürüləcək

Cəmiyyət Materials 26 Mart 2022 12:47 (UTC +04:00)
Bu gün Qız Qalasının işıqları söndürüləcək

Bakı. Trend:

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 26 mart yerli vaxtla saat 20:30-dan 21:30-a qədər Qız Qalasının işıqların söndürərək “Yer saatı” ekoloji aksiyaya qoşulacaq.

İdarədən Trend-ə verilən məlumata görə, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) təşəbbüsü ilə hər il mart ayının son şənbə günü dünyada “Yer saatı” ekoloji aksiyası keçirilir. Aksiya çərçivəsində binaların fasad işıqları söndürülərək iqlim dəyişikliyinə və ekoloji fəsadlara diqqət cəlb edir.

Azərbaycan “Yer saatı” kampaniyasına rəsmi olaraq 26 mart 2011-ci ildə qoşulub və ilk aksiya çərçivəsində Qız Qalasının işıqları söndürülüb.

Bu il Bakının bir çox tanınmış tikililərin fasad işıqları 1 saatlıq söndürülərək aksiyaya qoşulacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti