...

Xaçmazın icra başçısı növbəti səyyar qəbulunu Niyazoba kəndində keçirib (FOTO)

Cəmiyyət Materials 29 Mart 2022 16:14 (UTC +04:00)
Xaçmazın icra başçısı növbəti səyyar qəbulunu Niyazoba kəndində keçirib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və yerli hüquq mühafizə orqanlarının rəhbərləri Niyazoba kəndində səyyar qəbul keçirib.

Qəbulda Niyazoba inzibati ərazi dairəsinə daxil olan Əbilyataq, Qarabağlı, İlxıçı, Ağçay, Qarğalıq, İlxıçı Həsən Əfəndi kəndinin sakinləri iştirak edib.

İdarə, müəssisə və təşkilat rəhbərlərinin qatıldığı səyyar qəbulda vətəndaşlar kəndlər üçün vacib olan təklifləri səsləndiriblər. Müraciətlər elektrik təsərrüfatının yenilənməsi, qaz təchizatnın bərpası, içməli və suvarma suyuna olan təlabatın ödənilməsi, məktəblərin təmiri, pensiya təyinatı, evlərə stasionar telefon xəttinin çəkilişi və digər sosial sahələri əhatə edib.
Təklifləri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qaldırılan məsələlərlə bağlı aidiyyatı təşkilatların rəhbərləri ilə müzakirələr aparıb, həlli istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti