...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 30 Mart 2022 16:37 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 678 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 965, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 874, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 13 104, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 735 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 441 710, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 323 392, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 823 150, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 067 193, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 227 975 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti