...

Vüqar Səfərli bir neçə xəstəlikdən əziyyət çəkir - Vəkil

Cəmiyyət Materials 31 Mart 2022 10:47 (UTC +04:00)

Bakı. Trend:

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərli Ədliyyə Nazirliyinin Müalicə müəssisəsinə köçürülüb.

Bunu Trend-ə açıqlamasında V.Səfərlinin vəkili Hikmət Əliyev deyib.

Vəkil bildirib ki, V.Səfərlinin səhhətində bir çox problemlər yaranıb.

"Bir neçə gün əvvəl Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesə də o Müalicə Müəssisəsindən gəlmişdi. Vüqar müəllim qan təzyiqi və digər xəstəlikdən əziyyət çəkir. Səhhətində bir çox problem var. Hazırda müalicəsini müalicə müəssisəsində davam etdirir", - vəkil bildirib.

Qeyd edək ki, V.Səfərli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti