Bakı. Trend:
Milli Məclis bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzəni təsdiq edib.
Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə edilib.
Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.
Deputatlar çıxış edərək məruzə ilə bağlı rəy və təkliflərini irəli sürüblər. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.