...

Bu gün ilk dəfə Qarabağ atları hərraca çıxarılır (VİDEO)

Cəmiyyət Materials 15 Aprel 2022 11:15 (UTC +04:00)
Bu gün ilk dəfə Qarabağ atları hərraca çıxarılır (VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ilk dəfə bu gün Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ cins atları hərrac yolu ilə satışa çıxarılır.

Trend-in məlumatına görə, hərraca 3 Qarabağ atı - Sahil, Zilaxar və Sultan çıxarılır. Onlara müvafiq olaraq 5 min manat, 7 min manat və 30 min manat qiymət qoyulub. Bununla yanaşı, “Simmental” cinsli inəklərin və “Murciana” keçilərinin dövlət güzəşti ilə satışı həyata keçirilir.

Satışda yüksək potensiala malik xüsusi seçilmiş atlar çıxarılır. Bununla yanaşı kompleksdə Qarabağ atları haqqında canlı və interaktiv məlumatlar verilir. Atların satışı son qiymətə uyğun rəsmiləşdiriləcək və onlar sığortalanacaq.

Bu gün kompleksdə həmçinin Qobustan Heyvandarlıq Nümayiş Kompleksinin fəaliyyətinin məqsədi cins damazlıq heyvanlarla yanaşı, yerli cins heyvanların da satışının təşkil edilməsi ilə fermerlərin cins heyvanlara əlçatanlığına nail olunması, yerli damazlıq təsərrüfatların yetişdirdiyi heyvanların satışını stimullaşdırmaqla onların inkişafına təkan vermək, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq, damazlıq təsərrüfatlar arasında koordinasiya yaratmaqdır. Kompleksin daxilində heyvan satışını həyata keçirən lizinq şirkətləri, heyvanların sığortalanması üçün sığorta şirkətləri fəaliyyət göstərir. Bütün alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi prosesləri vahid mərkəzdə həyata keçirilməklə, xidmətlərin operativliyi və şəffaflığı təmin edilir.

Xatırladaq ki, Qobustan Heyvandarlıq Nümayiş Kompleksi həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Kompleksdə texnika, heyvanlar və satış haqqında məlumatın verilməsi üçün 1659 satış mərkəzi də fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti