Qobustan. Trend:
Azərbaycanda Qarabağ atlarının hərracla satışı davamlı olaraq həyata keçiriləcək.
Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
Onun sözlərinə görə, gələcəkdə Dilboz atlarının da satışı həyata keçiriləcək: "Gələcəkdə xaricdən gətirilmiş digər damazlıq heyvanların - inək, qoyun, keçi və digər heyvanların hərrac vasitəsilə satışını həyata keçirmək planlaşdırılır: "Ümumiyyətlə, Qobustan Heyvandarlıq Mərkəzi xaricdən gətirilmiş damazlıq heyvanların satışı üçün əlverişli məkandır. Təsərrüfatı olan istənilən şəxs damazlıq heyvan almaq istəyirsə, bura gələ bilər".