...

Macarıstan səfirliyi xeyriyyə tədbirindən toplanan vəsaitlə Elmi-Tədqiqat Pediatriya İnstitutuna dəstək olub (FOTO)

Cəmiyyət Materials 13 May 2022 14:35 (UTC +04:00)
Macarıstan səfirliyi xeyriyyə tədbirindən toplanan vəsaitlə Elmi-Tədqiqat Pediatriya İnstitutuna dəstək olub (FOTO)

Bakı. Trend:

Ötən ilin dekabrında Macarıstanın Bakıdakı səfirliyinin ənənəvi xeyriyyə tədbirində Macarıstan Dövlət Xalq Ansamblı və Pál İştvan Qrupu Azərbaycan Respublikasının Xalq Artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru, pianoçu Murad Hüseynovla Dövlət Akademik Filarmoniyasının səhnəsini paylaşıb.

Tədbirin məqsədi təkcə bütün musiqisevərlər üçün unudulmaz axşam keçirmək deyil, həm də xeyriyyə işlərinə töhfə vermək idi. Bilet satışından, eləcə də Dövlət Akademik Filarmoniyasının ərazisində keçirilən xeyriyyə yarmarkasından əldə olunan bütün vəsaitlər Bakıdakı Uşaq Bərpa Mərkəzinin Elmi-Tədqiqat Pediatriya İnstitutunun dəstəyinə yönəldilib.

12 may 2022-ci il tarixində Macarıstan səfiri Viktor Sederkenyi Elmi Tədqiqat Pediatriya İnstitutunda, Uşaq Reabilitasiya Mərkəzində olub, burada konsertimizdə toplanmış vəsaitdən alınmış xüsusi uşaq reabilitasiya avadanlıqlarının təqdimatı olub.

Macarıstanın MOL və Richter Gedeon şirkətlərinə, o cümlədən Nərgiz Fonduna və Jurnala və konsertimizin bütün qonaqlarına bu xeyirxah işə dəstək olduqları üçün təşəkkürümüzü bildiririk.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti