...

İCESCO-nun Bakıda regional ofisinin yerləşməsi haqqında Saziş imzalanıb

Cəmiyyət Materials 20 May 2022 17:42
İCESCO-nun Bakıda regional ofisinin yerləşməsi haqqında Saziş imzalanıb

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 20-də mədəniyyət naziri Anar Kərimov ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir qonağı salamlayaraq Şuşada keçirilən "Postmünaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransda iştirakına görə minnətdarlığını bildirib.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki də öz növbəsində dəvət üçün mədəniyyət nazirinə dərin təşəkkürünü bildirərək, Azərbaycanla İCESCO arasında münasibətlərin davamlı olaraq inkişaf etdiyini, əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.

Tərəflər İCESCO-nun islam dünyasının birliyi və həmrəyliyi yolunda verdiyi töhfələrin önəmini vurğulayıblar. Anar Kərimov Baş Katibin tarixi zəfərimizdən sonra Qarabağ ərazisinə səfərini yüksək dəyərləndirdiyini nəzərə çatdırıb. Həmçinin Şuşanın 2023-cü ildə Türk dünyasının paytaxtı elan olunmasının tarixi hadisə olduğunu vurğulayıb.

Sonda Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında İCESCO-nun Bakı şəhərində regional ofisinin yerləşməsi haqqında Saziş imzalanıb. Sazişə əsasən İCESCO təşkilatın regional ofisini Bakı şəhərində yerləşdirməklə İCESCO və onun üzv dövlətləri arasındakı münasibətləri gücləndirmək və əməkdaşlıq əlaqələrini möhkəmləndirmək əhəmiyyətini daşıyacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti