...

Müharibədən sonra 93 min şəhid ailəsi üzvü və müharibə iştirakçısına sosial ödəniş təyin olunub

Cəmiyyət Materials 23 May 2022 10:05
Müharibədən sonra 93 min şəhid ailəsi üzvü və müharibə iştirakçısına sosial ödəniş təyin olunub

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibənin iştirakçıları (o cümlədən müharibə əlilləri) ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan sosial dəstək paketinin bir istiqaməti də onlara sosial ödənişlərin təyinatıdır.

Nazirlikdən Trend-ə verilən məlumata görə, postmüharibə dövründə həmin kateqoriyalara aid 93 min şəxsə aylıq sosial ödənişlər (Prezidentin aylıq təqaüdü, müavinət və pensiya) təyin olunub, sosial ödəniş təyinatları üzrə ümumilikdə 104 min xidmət göstərilib.

Təyinat prosesi şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının heç bir müraciəti olmadan, elektron sistem üzərindən, proaktiv qaydada aparılıb.

Sosial ödənişlər avtomatik təyin olunduqdan sonra həmin şəxslərə bu barədə, həmçinin ödəniş kartlarını nə zaman və hansı bankdan əldə edəcəklərinə dair məlumat göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti