...

“TEKNOFEST Azərbaycan”ın keçiriləcəyi məkana mediatur təşkil olunub (FOTO)

İqtisadiyyat Materials 23 May 2022 12:18 (UTC +04:00)
“TEKNOFEST Azərbaycan”ın keçiriləcəyi məkana mediatur təşkil olunub (FOTO)

Bakı. Trend:

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının keçiriləcəyi “Bakı Kristal Zalı” və Dənizkənarı bulvar ərazisinə mediatur təşkil olunub.

Media nümayəndələri məkanla tanış olublar, onlara festival barədə ətraflı məlumat verilib.

Bildirilib ki, “TEKNOFEST Azərbaycan” Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 26 – 29 mayda Bakıda ilk dəfə olaraq keçiriləcək.

Məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Əlavə edilib ki, festival çərçivəsində 8 texnoloji müsabiqə – “Sosial yönümlü”, “Yaşıl” və “Aqrar” texnologiyalar, “Robotexnika”, “Baku Skills”, “Pilotsuz uçuş aparatları”, “Peyk modelləşdirilməsi” və “Planer”, 3 beynəlxalq tədbir – “Smart Qarabağ” Hakatonu, “Take Off Baku” beynəlxalq startap sammiti, “Rocket League” üzrə Avropa çempionatı təşkil olunacaq. Bundan əlavə, 20 min kvadrat metrlik ərazidə Azərbaycan və Türkiyənin dövlət və özəl sektor təmsilçilərinin sərgi pavilyonları olacaq.

Media nümayəndələrinə məlumat verilib ki, festival çərçivəsində Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotaj aviaşouları, reaktiv kostyumda uçan adam, su üzərində FLY BOARD şousu, külək turbini, uşaqlar üçün texnoloji üslubda əyləncə attraksionları – uşaq zonası və maraqlı konsert proqramları təqdim olunacaq.

Festivalda iştirak ödənişsizdir və https://iticket.az/events/teknofest elektron səhifəsi üzərindən qeydiyyatdan keçərək asan şəkildə bilet əldə etmək mümkündür

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti