...

Yaz sessiyasında verilən təhsil kreditlərinin sayı açıqlanıb

Cəmiyyət Materials 23 May 2022 13:18 (UTC +04:00)
Yaz sessiyasında verilən təhsil kreditlərinin sayı açıqlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Yaz sessiyasında Təhsil Tələbə Krediti almaq üçün müraciət edən tələbələrin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan Trend-ə verilən məlumata görə, yaz sessiyasında ümumilikdə 4478 tələbə müraciət edib.

Onlardan 658-i natamam, 525-i emalda olan müraciətdir. 279 müraciətə imtina verilib, 504 müraciət isə banka göndərilib.

Yaz sessiyasında ümumilikdə 2512 təhsil tələbə krediti verilib. Onlardan 882-si sosial, 1630-u isə standart təhsil krediti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti