Bakı. Trend:
Tezliklə dərs mövsümi başa çatır və məktəblilər yay tətilinə buraxılırlar. Yay tətilində uşaqların ən çox üz tutduğu məkanlardan biri isə Dənizkənarı Bulvar, buradakı atraksionlardır.
Lakin bir müddətdir ki, Bulvar ərazisində bəzi atraksionların istifadəsi dayandırılıb, bir neçə atraksion sökülüb.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Dənizkənarı Bulvar İdarəsinin sədrinin müşaviri Könül İmamverdiyeva bildirib ki, həmin atraksionların istismar müddəti bitdiyi üçün sökülüb.
“Yaxın gələcəkdə yeni atraksionların quraşdırılması gözlənilir. Hazırda yeni atraksionların quraşdırılması ilə bağlı investorlarla danışıqlar aparılır”, - deyə K.İmamverdiyeva bildirib.