...

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi pilot layihənin icrasına başladı

Cəmiyyət Materials 25 May 2022 10:29 (UTC +04:00)
Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi pilot layihənin icrasına başladı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Qlobal Fondun dəstəyi ilə Azərbaycanda insanın immunçatışmazlığı virusunun (İİV) təmasdan öncə profilaktikası (TÖP - PrEP) adlı pilot layihənin icrasına başladı.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar İİV-ə yoluxmağa həsas əhali qrup nümayəndələri arasında profilaktik işlər aparan qeyri-hökümət təşkilatlarının əməkdaşlarına təlim təşkil edilib. Məqsəd risk qrupuna aid şəxslərdə İİV-in yayılma səviyyəsinin və QİÇS-lə bağlı ölüm hallarının azaldılmasıdır.

Bu yeni metod riskli təmaslar zamanı İİV-ə yoluxmanın qarşısını almaqdan ötrü sağlam insanlar tərəfindən antiretroviruslu dərman vasitələrindən istifadəni nəzərdə tutur.

İştirakçılara İİV/QİÇS-in yoluxma yolları, yayılması, profilaktik proqramların vacibliyi barədə məlumat verilir, dünyada və Azərbaycandakı mövcud epidemioloji vəziyyət təhlil edilir, hədəfə çatmaq üçün görüləcək işlər müzakirə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti