Bakı. Trend:
Azərbaycanda özəl tədris müəssisələrinin sayı dövlət tədris müəssisələrindən çoxdur.
Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev "Özəl sektorun təhsil sahəsində rolu" mövzusunda konfrans zamanı deyib.
Onun sözlərinə görə, bu gün repetitorların yanına təkcə 9-11-ci sinifdə oxuyanlar deyil, həm də 9-cu sinfə qədər şagirdlər də gedir.
"Özəl tədris müəssisələri sektoru hansısa biznesə çevrilməməlidir. Bir sıra ölkələrdə özəl tədris müəssisələri böyük mənfəət gətirmir və daimi investisiyalar tələb edir. Azərbaycanda təhsil pulsuzdur, özəl və dövlət təhsil sektorları yalnız valideynlərin seçimidir", - nazir deyib.
(Tərcümə: Orxan Nəbiyev)