Bakı. Trend:
Məişət zorakılığından əziyyət çəkən insanlar üçün sığınacaqların sayının artırılmasına çox böyük ehtiyac var.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitəsinin sədri Hicran Hüseynova Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, zorakılıq faktları var və vətəndaşlar sığınacaqlarla təmin edilməlidir.
"Elə etməliyik ki, bəzi qeyri-peşəkarlar yaranan boşluqlardan istifadə etməsinlər", - deyə H. Hüseynova əlavə edib.