Bakı. Trend:
Regionlarımızda məişət zorakılağından əziyət çəkən şəxslərə xidmət göstərəcək sığınacaqlar şəbəkəsi genişləndiriləcək.
Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, növbəti ilin proqramında bu istiqamətdə işlər nəzərdə tutulub.