Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılaraq, onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.
İyunun 28-də Baş prokuror Kamran Əliyev Zaqatala rayon
prokurorluğunun inzibati binasında Zaqatala, Qax və Balakən
rayonlarından olan vətəndaşları qəbul edib.
Baş Prokurorluqdan Tfrend-ə verilən məlumata görə, qəbuldan əvvəl
Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin
mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, gül dəstələri
düzərək əziz xatirəsini ehtiramla yad edib.
Qəbulda iştirak edən 37 vətəndaşın müraciətində qaldırılan
məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün
Kamran Əliyev Baş Prokurorluğun əlaqədar struktur qurumlarının
rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər
verib.
Bundan əlavə, Kamran Əliyev Şəki, Qəbələ və Gədəbəy rayonlarının
hər birindən bir nəfər olmaqla vətəndaşları qəbul edərək
müraciətləri üzrə konkret tapşırıqlar verib.
Qəbuldan sonra Baş prokuror Qax və Balakən rayon, eləcə də Zaqatala
hərbi prokurorluqlarına getmiş, əməkdaşlarla görüşlər keçirməklə
onlara konkret tapşırıqlar vermiş, vətəndaşların müraciətlərinə
obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe
prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.