...

“Beep” peşəkar ayıq sürücü xidməti işə başladı! (R)

Cəmiyyət Materials 8 İyul 2022 15:00 (UTC +04:00)
“Beep” peşəkar ayıq sürücü xidməti işə başladı! (R)

Bakı. Trend:

Ölkəmizdə yeni ayıq sürücü xidməti — “Beep” fəaliyyətə başlayıb. Həm şəxsi istifadə, həm də biznes üçün təcrübəli, ayıq-sayıq sürücülər təklif edən “̆Beep” müştərilərə yüksək səviyyəli xidmət vəd edir.

Sürücülər “Beep” komandası tərəfindən tam şəkildə yoxlanılır, müsahibədən keçirilir, sığortalanırlar. Beləcə, artıq hər kəs “Beep” peşəkar ayıq sürücü xidməti ilə həm təhlükəsiz, həm də operativ şəkildə ünvanına çata biləcək.

Şirkət öz məhsulunu bazara Azərbaycanın xalq artisti, məşhur müğənni Miri Yusifin siması ilə təqdim edib. “Ehtiyac anında sükan “Beep”dədir” mesajı ilə kommunikasiyaya başlayan xidmətin şəhərdaxili qiyməti sadəcə 5 AZN-dir. Sərfəli, eyni zamanda keyfiyyətli gedişlər təmin edən “Beep” peşəkar ayıq sürücü xidmətindən yararlanmaq üçün həm mobil tətbiq, həm də Çağrı Mərkəzindən istifadə mümkündür.

*5151-ə zəng edərək və ya “Beep” mobil tətbiqini yükləyərək bir neçə dəqiqə ərzində ayıq sürücünü təyinat nöqtəsinə çağıra bilərsiniz.

App Store: https://apple.co/3bZwYzm

Google Play: https://bit.ly/beepaz

Veb-sayt: https://beep.az/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti