Bakı.Trend:
Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində şəhid Rəşid Mədinovun xatirəsini əbədiləşdirmək məqsədilə abidə-bulaq kompleksi istifadəyə verilib.
Bu münasibətlə keçirilən mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev , şəhid ailələri, qazilər, Rəşidin döyüş yoldaşları, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə Yeni Həyat qəbristanlığında şəhidlərin məzarını ziyarət edib, xatirələrinə ehtiramlarını bildiriblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxış
edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən
müharibəsində qazanılan şanlı Qələbədən danışıb. Bu qələbə
xalqımızın, ordumuzun, milli birliyimizin, haqqın və ədalətin
zəfəri olduğunu vurğulayıb. Elnur Rzayev xaçmazlı oğulların Vətən
müharibəsində göstərdikləri şacayətlərdən də söz açıb. Şəhidlərin
əziz xatirələrinin heç bir zaman unudulmayacağını bildirib.
Digər çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən,
hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla
ordunun birliyindən bəhs ediblər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə görə
Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirdə məktəblilər şəhidlərə, Vətənə həsr olunmuş şeirlər
söyləyiblər.
Rəşid Nəzər oğlu Mədinov 1996-cı il aprelin 24-də Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində dünyaya gəlib. Doğulduğu kəndddə onuncu sinifi bitirən Rəşid daha sonra Bakı Dövlət Sosial-İqtisadi Kollecinin məzunu olub. 2016-cı ilin aprel döyüşlərində iştirak edib. Mədinov Vətən müharibəsində Suqovuşan, Xocavənd və Füzuli istqiamətində gedən döyüşlərdə qəhrəmanlıqla savaşıb. Qəhrəman topçu yaralı döyüş yoldaşını atəş altından çıxararkən şəhidlik zirvəsinə ucalıb.
Rəşid Mədinov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.