...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 30 Avqust 2022 16:34 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 677 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 320, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 312, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 890, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 155 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 858 788, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 373 573, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 862 806, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 363 343, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 259 066 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti