Bakı. Trend:
Argentinanın Tukuman vilayətində legionella bakteriyası pnevmoniya xəstəliyinə səbəb olub.
Trend-in məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Karla Vissotti deyib.
"Bu, ikitərəfli pnevmoniya halları ilə legionellez xəstəliyinin yayılmasıdır", - deyə nazir bildirib.
Nazir qeyd edib ki, rəsmi qurumlar xəstəliyin yayılmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görüblər.