Bakı. Trend:
Bakıda 13 yaşlı qız ana olub.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat yayıb.
O bildirib ki, 13 yaşlı qız ev şəraitində uşaq dünyaya gətirib:
"Qız xəstəxanaya yerləşdirilib. Doğulan uşaq sağdır,13 yaşlı ana isə sığınacağımıza yerləşdirilməyini xahiş edir"- deyə o əlavə edib.
Mərkəz rəhbəri qeyd edib ki, qız ona təcavüz nəticəsində hamilə qaldığını deyib.