...

BDU-nun müəllimi dünyasını dəyişib

Cəmiyyət Materials 8 Sentyabr 2022 11:38 (UTC +04:00)
BDU-nun müəllimi dünyasını dəyişib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müəllimi Nərgiz Abas qızı Abasova vəfat edib.

Bu barədə Trend-ə BDU-nun Mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva deyib.

O bildirib ki, 1962-ci ildə Bakıda anadan olan Nərgiz Abasova 1994-1998-ci illərdə BDU-nun hüquq fakültəsində təhsil alıb. 2008-ci ildən 2015-ci ilə qədər Kriminalistika və məhkəmə ekspertizası kafedrasında laboratoriya müdiri işləyib. Nərgiz Abasova eyni zamanda müəllim kimi “Kriminalistika”, “Məhkəmə ekspertizası” və “Əməliyyat axtarış hüququnun əsasları” fənlərini tədris edib. 12 elmi məqalənin müəllifi və 2 dərsliyin, 6 dərs vəsaitinin, 3 proqramın həmmüəllifi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti