Bakı. Trend:
Azərbaycan əhalisinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 35243 nəfər və ya 0,3 faiz artaraq 2022-ci il avqust ayının 1-i vəziyyətinə 10191609 nəfərə çatıb.
Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil etmiş, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək qalıb.