Bakı. Trend:
Cari ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 71491 doğulan körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0-dan 12,2-yə qədər artıb.
Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52,8 faiz, qızların
xüsusi çəkisi isə 47,2 faiz təşkil edib. Körpələr arasında əkiz
doğulanların sayı 1984, üçəm doğulanların sayı isə
96 olub.