...

Şabranda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb

Cəmiyyət Materials 23 Sentyabr 2022 12:33 (UTC +04:00)
Şabranda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Şabran rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan 12 nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki tibb müəssisələrində davam etdirilir.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, hazırda xəsarət alanlardan 10 nəfər Şabran Rayon Mərkəzi Xəstəxanasında, 2 nəfər isə Kliniki Tibbi Mərkəzdə müalicə alır.

Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti ağır, Cərrahiyyə şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti orta ağır, 8 nəfərin vəziyyəti isə orta stabildir.

Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti ağır, Travmatologiya şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən döş qəfəsinin travması, çox saylı qabırğa sınıqları, kəllə-beyin travmaları, üz, baş, bədən nahiyələrində olan yaralar və s. ilə bağlıdır.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb, bir nəfər isə tibb müəssisəsinə gətirilərkən yolda dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti