...

Şəhid ailələri ziyarət olunub (FOTO)

Cəmiyyət Materials 24 Sentyabr 2022 17:32 (UTC +04:00)
Şəhid ailələri ziyarət olunub (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailələrinə ziyarətləri davam edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, növbəti görüşlər Sumqayıt şəhərində şəhid Səmədov Elnur Sədaqət oğlunun, Şəki rayon Kiçik Dəhnə kəndində şəhid Qasımov Nihad Mehman oğlunun və Bərdə rayonu Təhlə kəndində şəhid Məmmədli Namiq Ağəmməd oğlunun ailəsində olub.

Nazirliyin əməkdaşları görüşlərdə dövlətimiz tərəfindən görülən sosial dəstək tədbirləri barədə ətraflı məlumat veriblər. Torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi uğrunda döyüşlərdə canından keçmiş qəhrəman Vətən övladlarının xatirələrinin əbədi olaraq qəlbimizdə yaşayacağı vurğulanıb.

Şəhid ailələri onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti