...

DTX-nin Mədəniyyət Mərkəzində Anım Günü ilə bağlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Sentyabr 2022 19:47 (UTC +04:00)
DTX-nin Mədəniyyət Mərkəzində Anım Günü ilə bağlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

27 Sentyabr - Anım Günü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Bakı Bələdiyyə Teatrının əməkdar artist, rejissor Bəhruz Vaqifoğlunun “Sən qayıdacaqsan” adlı pyesi əsasında hazırladığı eyniadlı tamaşa nümayiş olunub.

DTX-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tarix boyu Azərbaycan xalqına qarşı xüsusi amansızlıq və qəddarlıqla törədilən kütləvi qırğınlardan, müharibələrdə yaxınlarını itirən insanların acı taleyindən bəhs edən tamaşada Vətən müharibəsi iştirakçıları, DTX-nin əməkdaşları və Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları və hərbi hissəsinin əsgərləri iştirak ediblər.

Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti