...

Deputat Rauf Əliyev bir qrup qazi ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 30 Sentyabr 2022 10:18 (UTC +04:00)
Deputat Rauf Əliyev bir qrup qazi ilə görüşüb (FOTO)

Bakı. Trend:

13 saylı Xəzər-Pirallahı ceçki dairəsindən seçilmiş deputat Rauf Əliyev 28 sentyabr 2022-ci il tarixdə Xəzər rayonunun Buzovna qəsəbəsində bir qrup qazi ilə görüşdü.

Rauf Əliyev görüşdə 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan xalqının və dövlətinin tarixinin ən şanlı səhifələrindən biri olduşunu bildirərək, bu qələbədə şəhidlərimizin və qazilərimizin xüsusi rol oynadığını bildirmişdir. Şəhid ailələrinə və Vətən müharibəsi əlillərinə göstərilən diqqətin daim olacağını bildirən deputat Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə onlara verilmiş imtiyazlar haqqında danışıb. Daha sonra deputat hər bir qazini dinləmiş onların problemləri ilə maraqlanmışdır. Müəyyən məsələlərin həlli yolları müəyyənləşdirilmiş, həlli müvafiq dövlət qurumlarından aslı olan məsələlər barədə bu qurumlara müraciət olunacağı bildirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti