...

Buzovnada sahilboyu qayalıqlar olan ərazidə növbəti iməcilik keçirilib (FOTO)

Cəmiyyət Materials 12 Oktyabr 2022 10:21 (UTC +04:00)
Buzovnada sahilboyu qayalıqlar olan ərazidə növbəti iməcilik keçirilib (FOTO)

Bakı. Trend:

Xəzər rayonunun Buzovna qəsəbəsində sahilboyu qayalıqlar olan ərazidə növbəti iməclik keçirilib.

Trend-in məlumatına görə, 11 oktyabr 2022-ci il tarixində Buzovna çimərliyinin ərazisində aparılan təmizlik işləri Bakı Şəhər İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyətinin nəzarəti altında həyata keçirilib.

Xəzər Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən canlı qüvvə və texnikalar cəlb olunmaqla ərazidə təmizlik işləri aparılıb.

Qeyd olunan ərazilərdə növbəti həftələrdə də genişmiqyaslı iməcliklərin keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti