...

Mətbuat Günü Şuşada beynəlxalq konfrans keçirilə bilər

Cəmiyyət Materials 12 Oktyabr 2022 11:33 (UTC +04:00)
Mətbuat Günü Şuşada beynəlxalq konfrans keçirilə bilər
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mətbuat Günü Şuşada beynəlxalq konfransın keçirilməsi məqsədəuyğun olar.

Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid bu gün Medianın İnkişafı Agentliyi ilə Mətbuat Şurası arasında anlaşma memorandumunun imzalanması zamanı deyib.

R.Məcid mətbuat sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O qeyd edib ki, Mətbuat Şurasının müvafiq komissiyası bu istiqamətdə iş aparır.

“Düşünürük ki, 22 iyul Mətbuat Günündə Şuşada beynəlxalq konfransın keçirilməsi beynəlxalq əməkdaşlığın inkişafına töhfə verə bilər” - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti