Bakı. Trend:
Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi və şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları haqda sənəd layihəsi hazırlanıb.
Trend-in məlumatına görə, bu barədə Elm və Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev bu gün keçirilən “Şagirdlərin məktəbdaxili nizam-intizam qaydaları”na dair masada çıxışı zamanı deyib.
O bildirib ki, hazırlanan bu layihə nümunəvi qaydalardan ibarətdir.
“Layihənin hazırlanması prosesinə müəllimlər, ekspertlər və bir çox digər tərəflər cəlb olunub”, - deyə o əlavə edib.