...

Təhsil krediti alan tələbələrin sayı açıqlanıb

Cəmiyyət Materials 3 Noyabr 2022 17:18 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Cari semestr üzrə bugünədək 3312 tələbə kredit almaq hüququ əldə edib. Onlardan 1168-i sosial, 1796-sı isə standart növ təhsil kreditidir. Bununla da ümumilikdə 10127 təhsilalana kredit verilib.

Bu barədə bu gün Trend-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2022-2023-cü tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti üçün müraciətlərin qəbulu prosesi davam edir. Təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az üzərindən elektron müraciət edə bilərlər.

Təhsil tələbə krediti verilən zaman girov və ya zaminlik tələb olunmur. Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində, güzəşt və möhlət dövründə tələbədən kreditin qaytarılması tələb edilməməklə yanaşı, faizlər də hesablanmır.

Xatırladaq ki, Təhsil Tələbə Kredit Fondu krediti təhsilhaqqının ödənilməsi üçün verir. 2021-ci il oktyabr ayından təhsil tələbə kreditlərinin verilməsinə başlanılıb. Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti