Bakı. Trend:
Türkiyədə xəstəxanada vəfat edən sabiq vergilər naziri Fazil Məmmədov dəfn edilib.
Trend-in məlumatına görə, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasiminə onun ailə üzvləri, tanışları, bir sıra ictimai xadimlər qatılıblar.
Qeyd edək ki, 1964-cü il təvəllüdlü Fazil Məmmədov 2000–2017-ci illərdə vergilər naziri vəzifəsini icra edib. O, eyni zamanda 2007–2018-ci illərdə Azərbaycan Güləş Federasiyasının prezidenti olub.