...

Bazar günü hava necə olacaq?

Cəmiyyət Materials 26 Noyabr 2022 12:27 (UTC +04:00)
Bazar günü hava necə olacaq?

Bakı. Trend:

Noyabrın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə duman gözlənilir.

Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi arabir güclənəcək.

Abşeron yarımadasında gecə 10-13° isti, gündüz 14-16°, Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti