Bakı. Trend:
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Qətərin paytaxtı Dohada futbol üzrə dünya çempionatı günlərində milyonlarla turist üçün Azərbaycan yemək və içkiləri olan mini-treyler təqdim olunur.
Trend-in məlumatına görə, bunu bu gün KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov öz "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, mini-treyler Agentliyin yerli nümayəndələri tərəfindən təqdim olunur.