...

Limfangioma Kistik və ya Qiqant Higroma

Cəmiyyət Materials 1 Dekabr 2022 10:50 (UTC +04:00)
Limfangioma Kistik və ya Qiqant Higroma

Trend-i buradan izləyin

Bakı. Trend:

Yenidoğulmuşda Qiqant Kistik Limfangioma, Higroma.

Kistik Higroma əsasən boyun və döş nahiyyəsində döşboşluğuna qədər uzana bilən limfatik sistemdən yaranan bir anomaliyadır, bir və daha çox kistalardan yaranır və zamanla böyüyə bilmə qabiliyyətinə malikdir. Xəstəlik ana bətnində olarkən başlayır və hətda daha çox böyüyərək dölün məhvinə gətirib çıxarda bilər. Embrionda boyun nahiyyəsində limfatik sistem yuglear limfatik kisəciklərə drenaj olunur. Bu primitiv limfatik kisəciklərdə Yuglear (Vidacı ) vene drenaj olaraq limfa sisteminin dövriyyəsi baş tutur. Bu iki sistem araslnda bas verən pozğunluq və ya bağlantının olmaması nəticəsində limfatik sistem drenajı pozulur və limfatik kisəciklər genişlənərək kistik higroma yarada bilir.

Kistik limfangioma və ya makrokistik limfatik malformasiya olaraq da bilinən bu böyümə bədənin müxtəlif nahiyələrdə ən çox boyun, ənsə və qoltuqaltında olan çoxlu kiçik arakəsməli (bölməli) içərisi limfatik maye ilə dolu boşluqlardan ibaret anadangəlmə bir patalogiyadır. Kistik Higroma xoş xassəlidir ama estetik görünüşü poza bilər.

Bizim təcrübəmiz. Hestasiya dövrünün 26- ci həftəsində fetusda fetal doppler zamani Qiqant Kistik Limfangioma aşkarlandiqdan sonra xəstə təqibə alindi. Yenidoğulmuş körpədə doğuldukdan 6 saat sonra Limfangiomanin açiq üsülla xaric edilməsi əməliyyati icra edildi. Boynun sağ ön və arxa nahiyyəsini tutan, önə çənəalti nahiyyədən döş qəfəsinə doğru sternumun arxasi ilə uzanim göstərən tərkibində 3 litrə yaxin mayesi olan çox kamerali Kapsulyar Limfangioma aşkar edildi.Törəmə traxeyaya, qida borusuna ,qayidan qirtlaq sinirinə, dilalti sinirə, jugular venə, karotis arteriyaya, körpücük arteriyanin şaxəsinə, aortal qövsə yaxin yerləşdiyinə baxmayaraq heç bir struktur zədələnmədən eksizə olundu.

https://www.youtube.com/watch?v=_J7ss5r4Lgk

PhD Op. Dr. Togrul Omarov

Əlaqə nömrəsi: (050) 672 92 24 Elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti