...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 6 Dekabr 2022 17:02 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 307 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 77, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 136, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 34 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 924 396, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 393 406, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 541, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 392 360, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 089 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti