...

MÜSİAD Azərbaycan idarə heyətinin sədri Rəşad Cabirli Bahçeşehir Universitetinin məsləhət şurasına üzv seçilib

Cəmiyyət Materials 7 Dekabr 2022 18:00 (UTC +04:00)
MÜSİAD Azərbaycan idarə heyətinin sədri Rəşad Cabirli Bahçeşehir Universitetinin məsləhət şurasına üzv seçilib

Bakı. Trend:

Bahçeşehir (BAU) Universiteti tərəfindən iş dünyası ilə milli və beynəlxalq sahələr arasında güclü bir əlaqə yaratmaq üçün iş həyatını formalaşdıran insanlardan ibarət Məsləhət Şurası yaradılıb.

Trend-in məlumatına görə, məqsəd universitet-sənaye əməkdaşlığını artırmaq, bu mövzuda fikir mübadiləsini gücləndirmək və tələbələri sektora hazır iş adamları kimi yetişdirməkdir.

İş həyatını formalaşdıran insanlardan ibarət olan bu Məsləhət Şurasına Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan idarə heyətinin sədri Rəşad Cabirli də üzv seçilib.

Xatırladaq ki, bu ilin may ayında Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan və Türkiyənin Bahçeşehir Universiteti arasında memorandum imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti