Bakı. Trend:
Dəm qazından zəhərlənmə hallarının qazın tərkibi ilə heç bir əlaqəsi yoxdur.
Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.
O bildirib ki, qazın tərkibindən zəhərlənmə faktı aşkarlanmayıb:
"Zəhərlənmələr qazın tərkibi ilə bağlı deyil, dəm qazının havaya ötürülməsi ilə əlaqədardır".