Bakı. Trend:
Azərbaycanda əmək pensiyaçıları arasında qadınların payı 56%, kişilərin payı isə 44% təşkil edir.
Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.
Qeyd edilib ki, əmək pensiyaçılarının 707 001 (yeddi yüz yeddi min bir) nəfəri və ya 58,89%-i yaşa görə, 347 298 (üç yüz qırx yeddi min iki yüz doxsan səkkiz) nəfəri və ya 28,93%-i əlilliyə görə, 146 176 (yüz qırx altı min yüz yetmiş altı) nəfəri və ya 12,18%-i isə ailə başçısını itirməyə görə pensiya alır.