Bakı. Trend:
Bu ilin sonunadək Azərbaycana gələn turistlərin sayı 1,5 milyonu keçəcək.
Trend xəbər verir ki, bu fikri Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə deyib.
K.Quluzadə bildirib ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycana 1,4 milyon xarici vətəndaş gəlib.
"Pandemiyanı nəzərə alsaq bu, müsbət rəqəmdir. Bu, əvvəlki illə müqayisədə 2 dəfə çox olsa da, 2019-cu illə müqayisədə 2 dəfə azdır. Məqsədimiz pandemiyadan əvvəlki ilə qayıdıb, ondan bir addım da irəli getməkdir", - deyə K.Quluzadə bildirib.